Böyük Britaniyada güclü yağışlar nəticəsində şəhər və kəndləri su basıb

Böyük Britaniyada güclü yağışlar nəticəsində şəhər və kəndləri su basıb

Böyük Britaniyada güclü yağışlar nəticəsində şəhər və kəndləri su basıb.

Gununsesi.org Azərtac-a istinadən xəbər verir ki, təbii fəlakətdən ən çox Midvey, Meydston, Yeldinq və Teston əraziləri əziyyət çəkib. Minlərlə sakin evindən təxliyə edilib.

Ətraf Mühit Agentliyi Midlands və Yorkşir ərazilərinə 84 dəfə daşqın xəbərdarlığı edib.

Agentlik daha şiddətli yağışların dekabrın 24-ü baş verəcəyi ilə bağlı açıqlama verib.

Ölkə ərazisində baş verən yağışlar və güclü qasırğa dəmiryol xətlərinin bağlanmasına səbəb olub.

Milad bayramı üçün səyahət edənlərə hava şəraiti ilə bağlı tövsiyələr edilib.

 

Gununsesi.org 

COMMENTS