Gürcüstan parlamentində insident olub, bir neçə deputatın halı pisləşib

Gürcüstan parlamentində insident olub, bir neçə deputatın halı pisləşib

Gürcüstan parlamentinin iclas zalında insident baş verib.

Gununsesi.org–un məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, iki müxalif deputat iclas zalına mənşəyi məlum olmayan və kəskin qoxuya malik maddə səpib.

Bundan sonra bir neçə deputatın halı pisləşib. Parlamentə təcili tibbi yardım çağırılıb. Tənəffüs almalarında çətinlik yaranan şəxslər xüsusi maska ilə təmin olunublar. Halı pisləşən əməkdaşlardan biri xəstəxanaya aparılıb, digərlərinə isə yerində tibbi yardım göstərilib.

İclasda texniki fasilə elan olunub. Hazırda iclas zalında hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Gununsesi.org

COMMENTS