
Qarabağdakı separatçı rejimin başçısı Arayik Harutyunyan çıxılmaz duruma düşdüklərini deyib.
Gununsesi.info erməni mediasına istinadən bildirir ki, Harutyunyan 3 seçimlərinin olduğunu bildirib:
“Bizim 3 yolumuz var. Ya Bakı ilə birbaşa dialoqa başlamalıyıq, ya müharibə edib, məhv olmalıyıq, ya da Qarabağdan köçməliyik. Nə beynəlxalq təminatlara, nə də ruslara güvənməyin. Çünki onlar bizə heç bir yardım etməyəcəklər. Ermənistan hökumətindən bizə bildidilər ki, öz başınızın çarəsinə baxın. Çünki bizə kömək eləmək imkanları yoxdur”.
Tərcümə:
Mais
Gununsesi.info