Angela Merkel yenə də himni oturaraq dinlədi

Angela Merkel yenə də himni oturaraq dinlədi

Almaniya kansleri Angela Merkel Hindistanda rəsmi ziyarətində bir daha sağlamlığı ilə bağlı şayiələri gücləndirən hərəkətə yol verib.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, o, fəxri qarovul önündə hindistanlı həmkarı Narendra Modidən fərqli olaraq dövlət himnini ayaq üstə deyil, oturaraq dinləyib.

“Bu bizim üçün fors-major sayılmır. Çünki Almaniya tərəfi öncədən müraciət edərək mərasimin məhz bu tərzdə keçirilməsini xahiş edib”, – deyə Hindistanın xarici işlər nazirliyinin əməkdaşı anonimlik şərtləri saxlanılmaqla mətbuata danışıb.

Hindli diplomat Angela Merkelin səhhətində həqiqətən ciddi problemlər olduğunu bildirib.

Bundan başqa nə A.Merkel, nə də Narendra Modi Hindistan prezident sarayı qarşısında gerçəkləşən təntənəli qarşılama mərasimində osksigen maskası taxmayıblar. Bu isə çox təhlükəli sayılır. Belə ki, paytaxt Nyu-Dehlinin atmosferindəki çirkli maddələrin miqdarı beynəlxalq standartlarla müəyyən olunan normanı 19 dəfə aşır.
Xatırladaq ki, bu ilin iyun ayından bəri Angela Merkeldə bir neçə dəfə rəsmi mərasimlər zamanı güclü əsmə müşahidə olunub. Almaniya kanslerı artıq neçənci dəfədir ki, dövlət himnlərini ayaq üstə dinləyə bilmir.

 

Gununsesi.org

COMMENTS