Səudiyyə Ərəbistanının şimal-şərqindəki Hafar əl-Batin şəhərində leysan yağışlar səbəbindən yaranan sel nəticəsində 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Gununsesi.org “Haber7”ə istinadən xəbər verir ki, 17 nəfəri xilasedicilər evlərindən təxliyyə edib.
Məlumata görə, 3 bina və 40 avtomobilə ziyan dəyib. Məsul şəxslər sakinləri daşqın bölgələrindən uzaq durmağa çağırıblar.
Gununsesi.org
COMMENTS