ABŞ-ın dövlət borcu rekord həddə çataraq 23 trilyon dollar olub

ABŞ-ın dövlət borcu rekord həddə çataraq 23 trilyon dollar olub

ABŞ-ın dövlət borcu 23 trilyon dollara çataraq rekord həddə qədər artıb.

Gununsesi.org xəbər verir ki, bununla bağlı məlumatlar ölkənin Maliyyə Nazirliyinin hesabatında yer alıb.

Məlumata görə, sənəddə qeyd edilən rəqəm ölkənin dövlət borcunun cari vəziyyətini əks etdirir. ABŞ-ın indiki borc problemləri 2007-2008-ci illərin maliyyə-iqtisadi böhrandan miras qalıb.

ABŞ-ın dövlət borcu sabiq prezident Barak Obamanın 8 illik prezidentliyi dövründə 9 trilyon dollardan çox artıb. Qeyd edilir ki, Donald Trampın sələfinin prezidentliyi dövründə Birləşmiş Ştatların dövlət borcu 20 trilyon dollara çatıb.

Amerika iqtisadçıları bu rəqəmin 2026-cı ildə 30 trilyon dollara qədər artacağını proqnozlaşdırırlar.

Birləşmiş Ştatların dövlət borcu Donald Trampın prezidentliyi dövründə 2 trilyon dollardan çox artıb.

 

Gununsesi.org

COMMENTS