Rusiya xarici kəşfiyyatı Bağdadinin özünü partlatmasını təkzib edir

Rusiya xarici kəşfiyyatı Bağdadinin özünü partlatmasını təkzib edir

Amerikalıların iddia etdiyi kimi İŞİD lideri Əbubəkr əl-Bağdadinin genetik ekspertizasının keçirilməsi ilə bağlı məlumata sahib deyilik.

Gununsesi.org xəbər verir ki, bu açıqlama Rusiya Xarici Kəşfiyyat Xidməti çıxış edib.

“Bizdə bu barədə 100% əminliklə danışmaq üçün genetik material yoxdur” – Sergey Narışkin belə deyib.

Bağdadini “növbəti” dəfə məhv etməsi ilə bağlı amerikalıların əməliyyat keçirməsi ilə bağlı informasiyanın olmadığını daha əvvəl Rusiya MN-nin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov demişdi.

Qeyd edək ki, 27 oktyabrda ABŞ Bağdadinin xüsusi əməliyyat nəticəsində öldürüldüyünü açıqlamışdı. Prezident Tramp “Terrorçunun özünü partlatmasına baxmayaraq, Bağdadini tez və dəqiq şəkildə audentifikasiya etmək mümkün olub” demişdi.

 

Gununsesi.org

COMMENTS