Avtomobil vurması nəticəsində ölüm riski ilə üz-üzə qalan insan haqları müdafiəçisi Oqtay Gülalıyevin sağalması üçün ciddi maliyyəyə ehtiyac yaranıb. Buna görə də onun ailəsi bank hesabı açaraq, imkanı olan şəxslərdən kömək istəyib.
Gununsesi.org bildirir ki, bu xəbər sosial mediada yayıldıqdan dərhal sonra Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov öz köməyini təklif edib.
O, sosial şəbəkə hesabında yazıb: “Bir neçə gün avtomobilin vurması nəticəsində ağır xəsarət alan hüquqmüdafiəçisi Oktay Gülalıyevin əməliyyatı üçün müəyyən məbləğ tələb olunurdu. Bu gün Türkiyədə yaşayan işadamı Mübariz Mənsimov əməliyyat üçün yardım edəcəyini açıqlayıb. Mübariz Mənsimov bildirib ki, hər vətəndaşın sosial müdafiə haqqı olmalıdır: istər dövlətdə, istərsə də özəl şirkətdə çalışmasından asılı olmayaraq. ”Və belə hadisələrdə yardım kimlərdənsə deyil, sığorta şirkətindən istənməlidir. Bütün bunlara rəğmən, təbii ki, əlimdən gələn köməyi göstərməyə hazıram. Lakin bunu heç kim öz tərəfinə çəkməsin. Oqtay bəyin ailəsi ilə əlaqə yaradacaqlar və nəyə ehtiyacları olduqları ilə maraqlanacaqlar. Allah Oqtay bəyə yar və yardımcı olsun”.
Gununsesi.org
COMMENTS