ABŞ Senatı Strateji Komandanlığın yeni rəhbərini təsdiqləyib

ABŞ Senatı Strateji Komandanlığın yeni rəhbərini təsdiqləyib

ABŞ Senatı Strateji Komandanlığın başçısı vəzifəsinə vitse-admiral Çarlz Riçardın namizədliyini təsdiq edib.

Gununsesi.org xəbər verir ki, bu barədə “The Hill” qəzeti bildirib.

Çarlz Riçard bir müddət əvvəl Strateji Komandanlığın sədr müavini vəzifəsini icra edib. Amma 2018-ci ildə ABŞ-ın sualtı donanmasına başçılıq edib.

O, yeni vəzifədə Con Hayteni əvəz edəcək. Sonuncu Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədr müavini seçilib

 

Gununsesi.org

COMMENTS