Çexiyada silah zavodunda partlayış baş verib.
Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə bu gün ölkənin şimal-şərqində Pardubitse şəhərində yerləşən “Explosia” silah zavodunda qeydə alınıb.
Qəza zamanı zavodda 500-ə yaxın insan olub.
Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org
COMMENTS