Sabirabad rayon sakinini elektrik cərəyanı vurub

  • By ilhame
  • 29 Aprel 2024 17:01

Sabirabad rayon sakinini elektrik cərəyanı vurub.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Polad Toğay kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Ramil Mübariz oğlunu iş zamanı ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info