
AKP və MHP konstitusiya təminatı və ailənin qorunması əsasları ilə hicab dəyişikliyini ehtiva edən konstitusiya dəyişikliyi təklifinin gələn həftə TBMM Konstitusiya Komissiyasının gündəliyinə çıxarılması ilə bağlı razılığa gəlib.
Bu barədə Gununsesi.info Türkiyə mediasına istinadən bildirir.
Bu qərardan sonra gözlər konstitusiya dəyişikliyi təklifi ilə bağlı AKP-nin təyinat tələbini rədd edən CHP, İYİ Partiya və HDP-nin izləyəcəyi münasibətə çevrilib.
Ölkənin əsas siyasi qüvvələrini özündə birləşdirəm “Altılı masa”nın yekun mövqeyi açıqlanacaq.
Qeyd edək ki, AKP-nin hazırladığı hicab təklifinin problemli olduğu fikrini bölüşən liderlər, Altı Masanın öz təklifini hazırlaması barədə razılığa gəliblər.
Demokrat Partiyasının sədri Gültəkin Uysal ötən həftə jurnalistlərə açıqlamasında “yeni konstitusiya dəyişikliyi mətni” hazırladıqlarını deyib.
AKP və MHP-nin gələn həftə konstitusiya dəyişikliyi təklifini komissiyaya çıxarması qərarından sonra qarşıdakı həftə ərzində müxalifətin mövqeyinə aydınlıq gətirəcəyi gözlənilir.
Tərcümə:
Afət