Almaniya Ukraynaya hərbi yardım göndərdi

Almaniya Ukraynaya yeni hərbi yardım göndərib.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında bildirilib.

HTML tutorial

Məlumata görə, yeni yardım paketinə “Bergerpanzer 2” zirehli bərpa maşını daxildir. Bu texnikalar “Leopard 1” döyüş tankı əsasında hazırlanıb və döyüşdə zədələnmiş zirehli texnikanı bərpa etmək üçün istifadə edilir.

Bundan əlavə, Almaniya 13 sərhəd mühafizə maşını, bir təcili yardım maşını və iki yük maşını tədarük edib.

Gununsesi.info