
Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonunda yaşayış binasının birinci mərtəbəsində baş vermiş partlayış nəticəsində yaralanaların sayı 6 nəfərə yüksəlib.
Gununsesi.info “Sabah”a istinadən xəbər verir ki, yaralıların həyati təhlükəsi yoxdur.
Rayon administrasiyasının məlumatına görə, partlayışa istilik qazanında yaranmış problem səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info