
“Taliban” Əfqanıstanda qadınların milli və beynəlxalq qeyri-hökumət təşkilatlarda (QHT) işləməsini qadağan edib.
Gununsesi.info AFP-yə istinadən xəbər verir ki, hakimiyyət “ciddi şikayətlərdən” sonra qadın işçiləri işdən uzaqlaşdırmağı əmr edib.
“İqtisadiyyat Nazirliyi bütün təşkilatlara növbəti xəbərdarlığa qədər qadınların işini dayandırmağa göstəriş verib”, – məlumatda deyilir.
Qərar ali təhsil nazirinin qadınların universitetlərdə təhsil almasına qadağa qoymasından bir həftə keçməmiş qəbul edilib.
Gununsesi.info