Yanacaq tankeri partladı - 10 nəfər öldü 

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yanacaq daşıyan tankerin partlayıb.

Gununsesi.info AFP-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb.

HTML tutorial

Məlumata görə, Yohannesburqun Boksburq bölgəsində körpünün altında qalan yanacaq tankeri sürtünmə nəticəsində partlayıb və alovlanıb.

Bildirilir ki, yanğınsöndürənlər də daxil olmaqla çox sayda insan yaralanıb.

Partlayışın gücündən yaxınlıqdakı xəstəxanaya da ziyan dəyib.

Gununsesi.info