
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya ilə müharibə 2023-cü ildə bitə bilər.
Gununsesi.info xəbər verir ki, Zelenski bu barədə “Politico”ya müsahibəsində bildirib.
“Mən inanıram ki, ukraynalılar gələn il sülh dövrünün ən nüfuzlu xalqı olacaq”, – Zelenski deyib.
Prezident Ukraynaya kömək edən bütün dövlətlətə təşəkkürünü bildirib.
ABŞ-ın “Politico” nəşri Vledimir Zelenskini “2022-ci ilin ən nüfuzlu avropalısı” adlandırıb.
Gununsesi.info