
ABŞ prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün 858 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın gələn il üçün müdafiə büdcəsi 2022-ci ilin büdcəsindən təxminən 80 milyard dollar çoxdur.
Bu məbləğin 800 milyon dolları Ukraynaya yardım üçün ayrılıb, 6 milyard dolları isə ABŞ Rusiyanı Avropada cilovlamaq üçün istifadə edəcək.
Vaşinqton Tayvana hərbi yardım üçün 10 milyard dollar ayıracaq.
Sənəd nüvə silahı daşıya bilən yeni B-21 strateji bombardmançı təyyarələrin yaradılması layihəsinin tam ödənilməsini nəzərdə tutur. Orduya daha 36 F-35 qırıcısı almağa icazə verilib.
Donanma yeni gəmilərin inşası üçün 32 milyard dollar alacaq.
Gununsesi.info