Alman siyasətçi bıçaqlandı

Manheim şəhərində ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) yerli şura üzvü Haynrix Koxun bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə partiya üzvü Tino Çrupallanın sosial media hesabında açıqlama verib.

Bildirilir ki, ifrat sağçı alman siyasətçi Koch “afişada vandallarla qarşılaşarkən” ona hücum edilərək bıçaqlanıb.

Çrupalla hal-hazırda yaralı olan Kochun tezliklə sağalmasını arzulayıb.

Məlumata əsasən may ayında Almaniyada sosialist və demokrat siyasətçilərə qarşı da çoxlu hücumlar olub.

May ayında Berlin senatoru və keçmiş meri Franziska Giffey kitabxanada bir adamın onu arxadan ağır əşya ilə vurması nəticəsində yaralanmışdı.

Daha sonra Avropa Parlamentinin Sosial Demokrat Partiyasından olan üzvü Matthias Ecke Drezdendə partiyanın plakatlarını asarkən yerə yıxılıb və döyülüb.

Həmçinin həmin gün Drezdendə Yaşıllar kampaniyasının işçisi də hücuma məruz qalıb və döyülüb.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz siyasətçilərə qarşı hücumları “çirkin və qorxaqlıq” adlandırıb.

 

Gununsesi.info