
“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa tarixinə düşüb.
Gununsesi.info-nun məlumatına görə, Almaniya millisinin qapıçısı çempionatda 205-ci quru oyununu keçirib.
Bu, “Herta” ilə matçda (5:0) rəsmiləşib.
Noyer Bundesliqa tarixində ən çox quru oyun keçirən qapıçı adına yiyələnib.
O, əfsanəvi Oliver Kanı arxada qoyub. Sonuncunun hesabında 204 quru oyun var.
Gununsesi.info