
Futbol üzrə İngiltərə Premyer Liqasında üçüncü tura start verilib.
Gununsesi.info xəbər verir ki, turun açılış oyununda “Mançester Siti” və “Arsenal” komandaları qarşılaşıb.
“Etihad” stadionunda keçirilən görüşdə meydan sahibləri “topçular”ı 5:0 hesabı ilə darmadağın edib.
Bu qələbədən sonra xallarını 6-ya çatdıran “Mançester Siti” liderliyə yüksəlib. Hələlik xalı olmayan “Arsenal” isə sonuncudur.
Gununsesi.info