
Qırğızıstanda parlament seçkiləri bu il noyabrın 28-də baş tutacaq.
Müvafiq fərman ölkə prezidenti Sadır Japarov tərəfindən imzalanıb.
Qeyd edək ki, avqustun 27-də Qırğızıstanda parlament islahatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə minib. Qanuna əsasən, parlamentdəki deputatların sayı 120-dən 90-a endirilib. Onlardan 54-ü proporsional, 36-ı isə majoritar dairələrdən seçiləcək.
Gununsesi.info