
Daşkəsən sakini minaya düşüb.
Hadisə rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alınıb.
APA-nın xəbərinə görə, 1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu ərazidə qoyun otaran zaman atı sərhədi keçib. Ş.Tağıyev atını gətirən zaman minaya düşüb.
Ş.Tağıyev xəstəxanaya yerləşdirilib, sağ ayağı topuqdan amputasiya edilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Gununsesi.info