
Estoniyada koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 141 min 344-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 745 min 301 nəfər müayinə olunub.
Departamentin məlumatına əsasən, ötən sutka ərzində COVID-19 virusuna görə 4 min 373 nəfərdən götürülən testlərdən 330-nun nəticəsi müsbət çıxıb.
Ölkədə ümumilikdə COVID-19-dan 1289 ölüm faktı qeydə alınıb.
Sağalanların sayı isə rəsmi rəqəmlərə görə 133 min 408 nəfərdir. Yoluxma hallarının artacağı istisna olunmur. Estoniya hökuməti əhalini sanitar normalara riayət etməyə çağırıb.
Gununsesi.info