Aleksey Arestoviç vəzifəsindən azad edildi -FOTO

Ukrayna Prezident Ofisi Aleksey Arestoviçin ştatdankənar müşavir vəzifəsindən azad edilməsi barədə ərizəsini təsdiqləyib.

Bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.

HTML tutorial

Onun sözlərinə görə, Ukrayna Prezident Aparatının rəhbəri Mariya Vituşok Arestoviçin vəzifədən azad edilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb.

13:17

Ukrayna prezident ofisinin müşaviri Aleksey Arestoviç istefa verib.

O, istefa məktubunu “Facebook” səhifəsində paylaşıb.

“Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhv varsa, istefaya getməlisən”, – deyə  qeyd edib.