“Aeroflot” Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır

Fevralın 17-dən etibarən Rusiyanın “Aeroflot” Hava Yolları Sankt-Peterburq və Bakı arasında birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

“Pulkovo” hava limanından Bakıya uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Uçuşlar “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək. Bilet satışı artıq açıqdır.

Gununsesi.info