
Türkiyənin Mersin şəhərində hərbçiləri daşıyan avtobus qəzaya düşüb.
Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, avtobus qarşısında hərəkətdə olan yük avtomobilinə çırpılıb. Nəticədə avtobusda olan 3 nəfər həlak olub, daha 23 nəfər isə yaralanıb. Qəzadan sonra avtobusda yanğın başlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info