
Argentinada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Yeraltı təkanların episentri Salta əyalətində yerləşən San Antonio de los Kobres şəhərindən (əhalisi təxminən 4 min nəfər) 91 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 200 km dərinlikdə yerləşir.
Həlak olanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Gununsesi.info