Ağsuda 42 yaşlı kişi özünü doğrayaraq öldürdü

Ağsu rayonunda intihar hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Xanbulaq kəndində qeydə alıb.

Ağsu rayon sakini, 1981-ci il təvəllüdlü Elxan Alyarov ülgüclə boğaz və qol nahiyələrini doğrayaraq özünə qəsd edib.

Həmin şəxsin psixoloji problemləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info