Ermənistanda daha 125 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 125 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 2 273 nəfərə çatıb.

Gununsesi.org-un erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 125 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bu günədək Ermənistanda 33 nəfər koronavirusun qurbanı olub, 1 227 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Gununsesi.org

COMMENTS