Bu ölkədə qadınların sünnət edilməsi …

Bu ölkədə qadınların sünnət edilməsi …

Sudan hökuməti cinayət məcəlləsinə etdiyi dəyişikliyə əsasən ölkədə qadın sünnətini qadağan edib.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, qadağa 15 və 49 yaş arası qadınlara şamil edilir. Qeyd edək mütəxəssislər dəfələrlə bunun qadın sünnətinin onlarda psixoloji problemlər yaratdığını bildirib.
Qanunda qeyd olunur ki, bunu həyata keçirən şəxslər ya  3 il müddətinə azadlıqdan mərhum ediləcək, ya da cərimə olunacaqlar. UNİCEF-in məlumatına görə, Sudanda 15 yaşdan 49 yaşa qədər olan hər 10 qadından 9-u sünnət olunur. Bir çox ölkələrdə insan hüquqlarının pozulması kimi dəyərləndirilən qadın sünnəti, BMT-yə görə 31 ölkədə tətbiq olunur.  Təxminən 200 milyon qadın sünnət olunub.
Afrikada cəmləşən qadın sünnətinin konsentrasiyası hələ Orta Şərqdə və Asiyada qadağan olunmasına baxmayaraq həyata keçirilir.

 

Gununsesi.org

COMMENTS