Bu gündən etibarən qadınlardan ibarət voleybol millimiz Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün son şansından istifadə etməyə çalışacaq.
Gununsesi.org xəbər verir ki, millimiz Niderlandın Apeldoorn şəhərində A qrupunda bu gün mübarizəyə start verəcək.
Baş məşqçi Vasif Talıbov rəsmi şəkildə millimizdə debüt edəcək. Onun komandası Bakı vaxtı ilə saat 22:30-da yerli milli komanda ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, komandamızın A qrupunda digər rəqibləri Bolqarıstan və Polşa milliləridir. Reqlamentə əsasən, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaq və B qrupunun ilk iki komandası ilə finala çıxmaq uğrunda mübarizə aparacaq.
Gununsesi.org
COMMENTS