Sirt şəhəri Xəftarın qoşunlarından geri alındı

Sirt şəhəri Xəftarın qoşunlarından geri alındı

Liviyanın Sirt şəhəri yenidən Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərracın nəzarəti altına keçib. Gununsesi.org xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiyanın Liviya ilə əlaqə qrupunun rəhbəri Lev Denqov məlumat verib.

“Hazırda Sirt yenidən Sərracın qüvvələrinin nəzarətindədir”, -deyə Denqov bildirib.

Onun sözlərinə görə, Milli Barışıq Hökumətinin qüvvələri onlarla hərbi əsiri saxlayıb, 20 ədəd hərbi texnikanı müsadirə edib, Liviya Milli Ordusunun komandiri Xəlifə Xəftarın tərəfində vuruşan 50 nəfəri öldürüb.

Denqov hərbi əməliyyatların davam etdiyini bildirib, situasiyanın dəyişə biləcəyini istisna etməyib.

Qeyd edək ki, son aylarda Liviyanın şərqini idarə edən Xəftar qüvvələri paytaxt Tripolini ələ keçirməyə çalışırlar. Faiz Sərracın rəhbərlik etdiyi Milli Barışıq Hökuməti, öz növbəsində, Türkiyədən hərbi yardım istəyib. Artıq ilk türkiyəli hərbçilər Liviyaya yola düşüb.

Gununsesi.org

COMMENTS