Ukrayna keçmiş baş nazir və spikerin dövlət tərəfindən qorunmasını ləğv etdi

Ukrayna keçmiş baş nazir və spikerin dövlət tərəfindən qorunmasını ləğv etdi

Ukrayna hökuməti keçmiş Baş Nazir Arseni Yatsenyukla Ali Radanın keçmiş spikeri Aleksandr Turçinovun dövlət tərəfindən qorunmasını ləğv edib.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatında deyilir. Bildirilir ki, Yatsenyuk postundan getdikdən sonra 3 ildən artıqdır ki, dövlət tərəfindən qorunması qüvvədə olub. Bu isə, qanunvericiliyə zidd hesab olunur.

Bununla belə, keçmiş Prezident Petro Poroşenko, keçmiş Müdafiə naziri Stepan Poltorak və Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Vasili Qritsak indiyədək dövlət tərəfindən qorunur.

COMMENTS