“Tobol” klubunun erməni çalışdırıcısı Qriqori Babayan Azərbaycan millisinin qapıçısı Emil Balayevlə bağlı qərar verib.
Gununsesi.org-un xəbərinə görə, çalışdırıcı millimizin qolkiperini təlim-məşq üçün olan heyətə slaıb.
Balayev komanda ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək toplanışa yollanacaq.
Qeyd edək ki, Qriqori Babayanın gəlişindən sonra E.Balayevin “Tobol”dan ayrılacağı iddia olunurdu.
COMMENTS