Bakıda yarımtikilidə gizlədilən 1 kq 510 qram heroin aşkarlanaraq götürülüb

Bakıda yarımtikilidə gizlədilən 1 kq 510 qram heroin aşkarlanaraq götürülüb

Bakıda yarmıtikilidə gizlədilən 1 kiloqram 510 qram heroin aşkarlanaraq götürülüb.

Gununsesi.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Bilalov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun Binəqədi qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi 1 kiloqram 510 qram heroin də aşkar edilərək götürülüb.

 

Gununsesi.org

COMMENTS