Odlu silah satarkən saxlanıldı- FOTO

Odlu silah satarkən saxlanıldı

Astara sakini odlu silah satarkən saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Gununsesi.org-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.  Belə ki, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Rzayev lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan İJ-17 markalı 16 kalibrli odlu silah olan tüfəngi satarkən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 2 ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Gununsesi.org

COMMENTS