
Pentaqon İsrail Müdafiə Qüvvələrinin ölkəni HƏMAS-ın mümkün raket hücumlarından qoruya bilməsi üçün əvvəllər Tel-Əvivdən alınmış iki “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini İsrailə göndərəcək.
Gununsesi.info xəbər verir ki, “Reuters” bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, ABŞ bu sistemlərin sahibi olaraq qalacaq, İsrail isə onların icarə haqqını ödəyəcək. Onların İsrailə qayıtması bir neçə gün çəkə bilər.
Komplekslər əvvəlcə Çin donanmasının mümkün hücumundan qorunmaq üçün ABŞ-nin Quam dəniz bazasında quraşdırılmalı idi.
Gununsesi.info