Zaqatalada ayılar arı yeşiklərinə hücum edib, pətəklərdə olan balı yeyiblər

  • By ilhame
  • 19 Oktyabr 2023 22:41

Zaqatalada ayılar arı təsərrüfatına hücum edib, xeyli sayda arı yeşiyi yararsız hala düşüb.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

Belə ki, dağdan düşən ayılar arı yeşiklərini dağıdaraq pətəklərdə olan balı yeyiblər.

Gununsesi.info