
Nigerdə qanlı hücum və yol qəzası olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qəza zamanı 5 əsgər həlak olub.
Nigerin Müdafiə Nazirliyindən edilən açıqlamaya görə, qəza Tillaberi bölgəsində yaşanıb.
Paytaxt Niameydən 200 km uzaqlıqda yerləşən Kanandci şəhərində yaşanan qarşıdurma zamanı isə naməlum motosikletli adamlar ordu mövqelərinə atəş açıblar. Silahlı qarşıdurma zamanı 7 əsgər ölüb.
Daha sonra əsgərlərə dətsək üçün yola çıxan hərbi avtomobil yol qəzasına düşərüb. Nəticədə, 5 əsgər həyatını itirib.
Toqquşmalar zamanı 100 terrorçu təsirsiz hala gətirilib.
Xatırladaq ki, avqusta ayında törədilən 2 ayrı terror hücumu zamanı 29 nəfər həyatını itirmişdi.
Olayın yaşandığı Tillaberi bölgəsi Niger, Mali və Burkina Faso ilə sərhəd qonşusudur.
Tərcümə: Arzu