İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə elektron qaydada müraciət edənlərdən 19 min 600 şəxsin sahibkarlıqla məşğul olduqları müəyyən edilib.
Gununsesi.org xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub.
“Bu barədə onlara SMS göndərilib. Birdəfəlik ödəmə proqramı işsiz şəxslərə dəstək məqsədi daşıyır. Ona görə də bu kateqoriyaya aid olmayan, işi və qazancı olan şəxslərin birdəfəlik ödəmə proqramından faydalanmaq üçün elektron sistemə etdikləri müraciətlər təmin edilmir. Hazırda müraciətlərin emalı davam edir”.
Gununsesi.org
COMMENTS