Alimlər koronavirusun bu orqanlara da zərər verdiyini açıqladı- SON ARAŞDIRMALAR BƏLLİ OLDU

Alimlər koronavirusun bu orqanlara da zərər verdiyini açıqladı

Dünyanı bürüyən koronavirusun insanın bir çox daxili orqanına zərər verdiyi məlum olub.

Gununsesi.org Sondakika.com-a istinadən xəbər verir ki, Çin və ABŞ alimlərinin araşdırmalarının nəticələrinə görə, virus ancaq ağciyər, beyin və sinir sisteminə zərər vurmur.

Eyni zamanda, ürək, böyrək, qaraciyər və bağırsaqları da zədələyir.

Məlum olub ki, koronavirus ürək əzələsinin iltihabı və bu orqanın qəfil dayanmasına səbəb olacaq ritm pozulması yarada bilər.

Bundan başqa, mütəxəssislər koronavirus bitdikdən sonra dünyada insanların psixoloji xəstəliklərinin artacağını da proqnozlaşdırırlar.

Gununsesi.org

COMMENTS