Ağır vəziyyətdə olan Aftandil İsrafilovun qızı: -“Xəstəliyi barədə həkimlər tam məlumat vermirlər”

Martın 27-də xəstəxanaya yerləşdirilən tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Xalq artistinin qızı Həcər İsrafilova məlumat verib.

HTML tutorial

Onun sözlərinə görə, ifaçı ağır vəziyyətdədir:

“Hələ də xəstəxanadayıq. Hər hansı bir irəliləyiş yoxdur. Ağır vəziyyətdədir”.

H.İsrafilova atasının mart ayının 27-dən reanimasiyaya yerləşdirildiyini qeyd edib:

“Atamın vəziyyəti yaxşı idi. Novruz bayramından sonra pisləşdi. Martın 27-də xəstəxanaya apardıq. Reanimasiyadadır. Yanına heç kəsi qoymurlar”.

Xalq artistinin qızı həkimlərin atasının xəstəliyi barədə tam məlumat vermədiklərini əlavə edib:

“Xəstəliyi barədə həkimlər tam məlumat vermirlər. Ağciyərlərində, ürəyində bir qədər problem var. 82 yaşı var. Normaldır. O yaşda bütün problemlər üzə çıxır”.

Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam etdirilib.

O, martın 27-də yenidən xəstəxanaya yerləşdirilib.

 

Gununsesi.info