
09:10
Dünən Rusiyanın Sankt-Peterburq şəhərində kafedə baş verən partlayış nəticəsində xəsarət alanların sayı artıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində yaralıların sayı 32 nəfərə çatıb.
Xatırladaq ki, partlayış nəticəsində hərbi jurnalist Vladlen Tatarski həlak olub. Daha əvvəl yayılan məlumatda 25 nəfərin xəsarət aldığı bildirilirdi.
12:27
Rusiyanın İstintaq Komitəsinin əməkdaşları kafedə baş verən partlayışın törədilməsində şübhəli bilinən Dariya Trepovanı saxlayıb.
Bundan əvvəl isə hüquq-mühafizə orqanlarının əməkdaşları Trepovanın evində axtarış keçirib, onun anası və bacısı dindirilib.
Gununsesi.info