
Azərbaycan neftinin xarici bazarda satışı ilə məşğul olan, SOCAR-ın məşhur simalarından biri Adnan Əhmədzadə Bakıda 1 saatı 10 manata olan parkinq yaradıb.
Gununsesi.info-nun xəbərinə görə, paytaxtın Nəsimi rayonu ərazisindəki Səməd Vurğun küçəsində Əhmədzadəyə məxsus marketlərin birinin qarşısında açılan parkinqdə qiymətlər hər kəsi təəccübləndirib.
Görünür, özü milyonların içində üzən Adnan Əhmədzadə hesab edir ki, hər kəs onun kimi varlıdır və bu vəsaiti ödəmək qabiliyyətindədir.
Elmar Elnuroğlu
Gununsesi.info