İstanbulda 5 mərtəbəli bina uçdu - Video

İstanbulun mərkəzində istifadə olunmayan 5 mərtəbəli bina uçub.

Gununsesi.info “DHA” agentliyinə istinadən xəbər verir ki, Karaköydə yerləşən bina səhər saatlarında qismən uçmağa başlayıb və yerli vaxtla 15:00-da tamamilə uçub.

HTML tutorial

Binanın uçma təhlükəsi olduğundan tikilinin yerləşdiyi küçə səhər saatlarından qismən bağlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, binanın bərpasına başlanılmasına dair qərar hələ 2015-ci ildə verilsə də, tikilinin sahibi işlərə başlamayıb.

 

Gununsesi.info