
“AKP hakimiyyətinin ilk on ilində Türkiyədə 8 mindən çox məscid inşa olunub. Sonrakı illərdə də bu proses davam edib”.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyənin təhsillə məşğul olan qeyri-hökumət təşkilatlarının araşdırmasında bəlli olub.
Araşdırmalara görə, Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə ölkədə islama meyillənmə həddindən artıq olub.
Bildirilir ki, son on ildə də məscid sayı 5 minə yaxın olub.
Beləliklə, Ərdoğan hakimiyyəti dövründə Türkiyədə inşa olunan məscidlərin sayı orta məktəblərinin sayından çox olub.
Afət Abbasova
Gununsesi.info