
Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirddə vərəm xəstəliyi aşkar edilib.
136 nömrəli tam orta məktəbdən Gununsesi.info-ya bildirilib ki, martın 31-də məktəbin 8ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb.
“Məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib. X sinifdə oxuyan bacısı isə martın 31-dən etibarən məktəbə gəlmir. Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub”, – rəsmi məlumatda qeyd olunub.
Gununsesi.info