Amerikadan “İsrail-Səudiyyə Ərəbistanı normallaşması” açıqlaması

  • By arzu
  • 10 Avqust 2023 10:28

Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanı və İsrail arasındakı münasibətlərin normallaşması addımı ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəsmisi Con Kerbi S. Ərəbistanının İsrailin tanınmasını təmin edəcək bir anlaşma çərçivəsi üzərində razılaşma əldə edilmədiyini və belə bir razılaşmanın imzalana bilməsi üçün çoxlu sayda görüşlərə ehtiyac olduğunu bildirib.

Kerbi jurnalistlərə verdiyi açıqlamasında rəsmi Vaşinqton və Ər Riyadın anlaşmanın ana xətləri üzərində razı qaldığını bildirən xəbərlə bağlı sualları cavablandırıb.

“Wall Street Journal” Amerikadan olan yetkililərə istinad etdiyi xəbərində Fələstin vətəndaşlarına ediləcək güzəştlər, Amerikanın təhlükəsizlik zəmanəti, mülki nüvə yardımı qarşılığında S. Ərəbistanın İsraili tanımasını proqnozlaşdıran bir anlaşmanın ana xətləri üzərində uzlaşıldığını önə sürmüşdü.

Kerbi həmin durumla bağlı bunları deyib:

“Üzərində razılaşdırılmış müzakirələr normallaşmağı, ya da bizim dostlarımızın bölgədəki digər təhlükəsizlik qayğılarını nizamlayan və üzərində raazılaşdırılmış bir çərçivə yoxdur. Görüşlər davam edir. Edəcəyimiz çox şeylər var. Bir nəticə əldə etməzdən öncə bir çox danışıqlar lazımdır”.

 

Tərcümə: Arzu