
Dünən Rusiyanın Sergiyev Posad şəhərində zavodda baş verən güclü partlayışdan sonra 12 nəfər itkin düşüb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, axtarış əməliyyatı davam etdirilir.
Partlayış nəticəsində 111 tikiliyə zərər dəyib. Bunlar arasında sosial və inzibati binalar da var.
Xatırladaq ki, avqustun 9-u səhər saatlarında Zaqorsk optik-mexaniki zavodunun ərazisində partlayış baş verib. İnsident zamanı 60 nəfər xəsarət alıb, 1 nəfər həlak olub. Partlayış zavodun pirotexnika saxlanılan anbarında qeydə alınıb
Gununsesi.info